...

Rusiyanın Türkiyədəki səfirinə atəş açan şəxsin kimliyi bilindi

Dünya xəbərləri Materials 20 Dekabr 2016 00:40 (UTC +04:00)
Türkiyənin daxili işlər naziri Süleyman Soylu Rusiyanın Ankaradakı səfiri Andrey Karlova atəş açan şəxsin adını açıqlayıb.
Rusiyanın Türkiyədəki səfirinə atəş açan şəxsin kimliyi bilindi

Bakı. Trend:

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Rusiyanın Ankaradakı səfiri Andrey Karlova atəş açan şəxsin adını açıqlayıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, nazir hücum edən şəxsin 22 yaşlı Aydın vilayət sakini, xüsusi xidmət orqanı əməkdaşı Mövlud Mert Altınbaş olduğunu deyib:

"Altınbaş 1994-cü il iyunun 24-də anadan olub. İzmirdə Rüştü Ünsal adına polis məktəbində oxuyub. Son 2 il yarımdır Ankara Xüsusi Reaksiya Departamentində xidmətdə olub".

Ankarada silahlı hücuma məruz qalan Rusiya səfiri ölüb (VİDEO)

Ankarada silahlı hücuma məruz qalan Rusiya səfiri ölüb (VİDEO)

S.Soylu bu sui-qəsdin terror aktı olduğunu, Türkiyə və Rusiya münasibətlərinə qarşı yönəldiyini bildirib:

"Bu, böyük təxribatdır. Bu hücum Ankara-Moskva münasibətlərinin yüksək səviyyədə olduğu bir vaxtda edildi. Bu alçaq hücumdur - iki ölkənin dostluğuna zərbə vurmağa cəhddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti