Bakı. Trend:
İtaliyanın paytaxtı Romada 2 mərtəbəli ev uçub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, evin uçması nəticəsində qadın və onun qızı həlak olub.
İlkin məlumata görə, hadisəyə səbəb məişət qazının sızması səbəbi ilə partlayış olub.
Roma prokurorluğu faktla bağlı araşdırma aparır.