...

Emoməli Rəhmon oğlunu paytaxta mer təyin etdi

Dünya xəbərləri Materials 12 Yanvar 2017 17:50 (UTC +04:00)
Tacikistan Prezidenti Emoməli Rəhmon böyük oğlu Rüstəm Emoməlini paytaxt Düşənbənin meri vəzifələrini icra edən təyin edib
Emoməli Rəhmon oğlunu paytaxta mer təyin etdi

Bakı. Trend:

Tacikistan Prezidenti Emoməli Rəhmon böyük oğlu Rüstəm Emoməlini paytaxt Düşənbənin meri vəzifələrini icra edən təyin edib.

Trend bu barədə "Asia-Plus" agentliyinə istinadən məlumat verir.

Məlumata görə, son 19 il ərzində şəhərin meri olmuş Məhmədsəid Ubaydulloyev mer vəzifəsindən azad edilib.

Prezidentin 29 yaşlı oğlu bugünədək Dövlət maliyyə nəzarəti və korrupsiya ilə mübarizə agentliyinə rəhbərlik edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti