...

İtaliyada hotelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 26 Yanvar 2017 04:23 (UTC +04:00)
İtaliyanın Abrutso vilayətində "Rigopiano" hotelinin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb
İtaliyada hotelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı artıb

Bakı. Trend:

İtaliyanın Abrutso vilayətində "Rigopiano" hotelinin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, itkin düşənlər siyahısında olanların hamısının cəsədi tapılıb.

Beləliklə, axtarış əməliyyatları başa çatıb.

Qeyd edək ki, yanvarın 18-də Abrutso vilayətinin Farindola qəsəbəsinin yaxınlığında Qran-Sasso dağ massivində qar uçqunu baş verib. 40 nəfərin qaldığı "Rigopiano" hoteli qar uçqununun altında qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti