Bakı. Trend:
Türkiyənin Adana şəhərinin sakinləri qarda "piknik" etmək məqsədilə Toros dağlarının ətəklərinə axışıblar.
Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, son 30 ilin ən güclü qarını görən adanalılar əylənir, hətta manqalda yemək hazırlayırlar.
Lakin adanalıların qarda avtomobili idarə etmək təcrübəsi olmadığından yollarda sıxlıq olub, qəzalar baş verib.