Bakı. Trend:
Rusiya xüsusi xidmət orqanları ötən il terror təmayüllü 45 cinayətin, o cümlədən 16 terror aktının qarşısını alıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında bildirib.
Dövlət başçısı qeyd edib ki, ölkədə terror təmayüllü cinayətlərin sayı yenə azalıb: "Buna görə sizə (FTX əməkdaşlarına - red.) çox böyük təşəkkürümü bildirirəm".