Bakı. Orxan Quluzadə - Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü seçilib.
Trend-in məlumatına görə, partiyanın bu gün keçirilən növbədənkənar iclasında AKP-nin hazırkı sədri, Baş nazir Binəli Yıldırım R.T.Ərdoğanın hakim partiyanın sədrliyinə namizədliyini irəli sürüb.
Xatırladaq ki, 2001-ci ildə yaradılmış AKP-nin təsisçisi və sabiq sədri olan R.T.Ərdoğan 2014-cü ildə prezident seçilməsi ilə əlaqədar partiya sıralarının tərk etməyə məcbur olmuşdu.
Qurultayda yeni sədrin seçilməsi gözlənilir.