...

Hindistanda toy zamanı divarın aşması nəticəsində 23 nəfər ölüb

Dünya xəbərləri Materials 11 May 2017 06:18 (UTC +04:00)
Hindistanın Racastan ştatında toy zamanı divarın aşması nəticəsində 23 nəfər ölüb, 28 nəfər yaralanıb
Hindistanda toy zamanı divarın aşması nəticəsində 23 nəfər ölüb

Bakı. Trend:

Hindistanın Racastan ştatında toy zamanı divarın aşması nəticəsində 23 nəfər ölüb, 28 nəfər yaralanıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Times of India qəzeti xəbər verir.

Hadisə Bxaratpur rayonunda baş verib.

Polisin məlumatına görə, tozlu tufan səbəbindən binanın bir hissəsi uçub, bir çox qonaqlar dağıntılar altında qalıb.

Yaralılar xəstəxanaya gətiriliblər, onların vəziyyətləri barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti