Bakı. Trend:
Qətər hakimiyyəti Doha ilə diplomatik münasibətləri kəsən ölkələrin vətəndaşlarına qüvvədə olan qanunvericiliyə uyğun olaraq Qətərdə qalmağa icazə verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Reyter agentliyi xəbər verir.
Qətər DİN-in bəyanatında bildirilir ki, ölkə hakimiyyəti "Qətərə qarşı düşmənçilik kampaniyası nəticəsində onunla diplomatik münasibətləri kəsən qardaş və dost ölkələrin" vətəndaşlarına qarşı öz siyasətində hər hansı dəyişiklik nəzərdə tutmur.