Bakı. Trend:
Gürcüstanın Qori rayonunda sərnişin qatarı yük maşını ilə toqquşaraq relsdən çıxıb.
Trend-in məlumatına görə, yük avtomobildə olan sürücü və sərnişin xəsarət alıblar. Onların həyatı üçün heç bir təhlükə yoxdur. Qatarda olan sərnişinlər xəsarət almayıblar.
Faktla bağlı araşdırılma aparılır.