...

Malayziyada hərbi təyyarə qəzaya uğrayıb - 2 pilot ölüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 15 İyun 2017 13:46 (UTC +04:00)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 10:38-də yayımlanıb)

Bakı. Trend:

Malayziyada hərbi təyyarə qəzaya uğrayıb, 2 pilot ölüb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu gün səhər saatlarında radarlardan itən təyyarənin qalıqları havaya qalxdığı hərbi bazadan 51 km. aralıda aşkarlanıb.

x x x

Malayziya Kral Hava Qüvvələrinin təyyarəsi radarlardan itib.

Trend-in məlumatına görə, yerli telekanalların verdiyi xəbərə əsasən təyyarə Kuantan şəhər aviabazasından səhər saatlarında havaya qalxıb. Havaya qalxdıqdan yarım saat sonra isə Paxanq və Terenqqanu ştatları sərhədində təyyarə ilə əlaqə kəsilib.

Hazırda axtarış-xilasetmə işləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti