Bakı. Trend:
Varşava - Berlin sərnişin qatarı partlayıcı qurğu qoyulduğu haqda xəbər daxil olduğundan Polşanın Moqilno şəhərində stansiyada dayandırılıb.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Polşa mətbuat agentliyi xəbər verir.
Bildirilir ki, qatarda mütəxəssislər axtarış aparır. Məlumata görə, qatardan və yaxınlıqdakı evlərdən 600 nəfər evakuasiya olunub.