...

XİN: Türkiyə Burkina-Fasoda türk kafesinə hücumu qınayır

Dünya xəbərləri Materials 14 Avqust 2017 10:29 (UTC +04:00)
Türkiyə Burkina-Fasonun paytaxtında türk kafesinə ölümlə nəticələnən hücumu qınayır.
XİN: Türkiyə Burkina-Fasoda türk kafesinə hücumu qınayır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Burkina-Fasonun paytaxtında türk kafesinə ölümlə nəticələnən hücumu qınayır. Bu barədə Türkiyə XİN-dən Trend-ə daxil olan məlumatda deyilir.

Məlumatda qeyd edilir: "Türkiyə Burkina-Fasonu terrorizmlə mübarizədə fəal şəkildə dəstəkləyir".

Qeyd edək ki, otən gün Burkina-Fasoda "İstanbul" kafesinə silahlı hücum olub. XİN-in yaydığı məlumata görə, insident nəticəsində 17 nəfər ölüb, 8 nəfər yaralanıb. Ölənlərdən 1 nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti