Bakı. Trend:
Seul Koreya Xalq Demokratik Respublikası ətrafında münaqişənin hərbi yolla həllinin əleyhinə çıxış edir.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Cənubi Koreyanın XİN rəhbərinin müavini Ço Hyon deyib.
O, bildirib ki: "Biz 2 şeyi qəbul edə bilmərik. Onlardan biri münaqişənin hərbi yolla həll olunmasıdır, ikincisi isə biz KXDR-nın nüvə dövləti kimi tanımasıdır".