...

"Harvi", "İrma", indi də "Katya" gəlir...

Dünya xəbərləri Materials 6 Sentyabr 2017 15:06 (UTC +04:00)
Meksika körfəzində təhlükəli "Katya" qasırğası yaranıb.
"Harvi", "İrma", indi də "Katya" gəlir...

Bakı. Trend:

Meksika körfəzində təhlükəli "Katya" qasırğası yaranıb. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın qasırğaları müşahidə üzrə Milli Mərkəzi xəbər yayıb.

Meteoroloqların proqnozlarına görə, qasırğa Meksika sahillərinə cümə günü çatacaq.

Qasırğanın hazırda Meksikanın Tampiko şəhərindən 165 kilometr məsafədə tüğyan etdiyi və saatda 4 kilometr sürətlə hərkət etdiyi bildirilib.

Hazırda küləyin gücünün saatda 65 kilometr olduğu qeyd edilir.

Qasırğanın dağıdıcı fəsadları istisna edilmir.

Xəbər lenti

Xəbər lenti