...

THY 40 "Boeing 787-9 Dreamliner" təyyarəsi alır - İlk dəfə (FOTO)

Dünya xəbərləri Materials 22 Sentyabr 2017 23:03 (UTC +04:00)
"Türk Hava Yolları" (THY) aviaşirkəti donanmasını 40 ədəd "Boeing 787-9 Dreamliner" təyyarəsi ilə genişləndirmək niyyətindədir.
THY 40 "Boeing 787-9 Dreamliner" təyyarəsi alır - İlk dəfə (FOTO)

Bakı. Trend:

"Türk Hava Yolları" (THY) aviaşirkəti donanmasını 40 ədəd "Boeing 787-9 Dreamliner" təyyarəsi ilə genişləndirmək niyyətindədir.

Trend-in məlumatına görə, məsələ ilə əlaqədar "Boeing" firması ilə danışıqlara başlanılıb.

40 ədəd "Boeing 787-9 Dreamliner"in dəyərinin 10,8 milyard dollar olduğu bildirilir.

Yeni təyyarələrin 2019-2023-cü illərdə "20+20" razılaşması ilə əldə edilməsi nəzərdə tutulur.

Hazırda THY-nin donanmasında 328 təyyarə var. Lakin şirkət "Boeing 787-9 Dreamliner" təyyarələrinə sahib deyil.

Qeyd edək ki, bu "Boeing"lər 280 sərnişin daşıya bilir. Hava gəmisinin sürəti 954 km/s-a çatır. Uzunluğu 62,8 metr, eni qanadları ilə birlikdə 60 m-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti