Bakı. Trend:
ABŞ Prezidentinin həyat yoldaşı Melanya Tramp birinci xanım qismində ilk səfərini Kanadanın Toronto şəhərinə edib.
Trend-in məlumatına görə, M.Tramp Torontoda əlil hərbçilərin beynəlxalq yarışının təşəbbüskarları - Britaniya taxt-tacının 5-ci varisi Şahzadə Harri və Kanadanın Baş naziri Castin Tryudo ilə görüşüb.
D.Tramp "Twitter" səhifəsində xanımının səfərini belə qiymətləndirib: "Birinci xanımımızla fəxr edirik. O, həqiqətən də ölkəmizin möhtəşəm təmsilçisidir".