...

Moskvada 16 idarədə bomba axtarılır

Dünya xəbərləri Materials 26 Sentyabr 2017 15:32 (UTC +04:00)
Moskvada 16 idarədə bomba qoyulması ilə bağlı anonim zənglərdən sonra yoxlamalar keçirilir
Moskvada 16 idarədə bomba axtarılır

Bakı. Trend:

Moskvada 16 idarədə bomba qoyulması ilə bağlı anonim zənglərdən sonra yoxlamalar keçirilir.

Trend-in məlumatına görə, KİV-lər daha öncə 7 idarəyə bu cür zəng olması barədə xəbər yayıblar. Polis anonim zənglərdən dərhal bu binalarda təxliyə apardıqdan sonra axtarışlara başlayıb.

Qeyd edək ki, ötən gün də anonim zənglər Moskvada və Qroznıda 26 binanın boşaldılmasına səbəb olmuşdu.

Rusiyada anonim zənglər dalğası sentyabrın 11-dən başlayıb. Bu günədək müxtəlif şəhərlərdə 500 mindən çox adam təxliyə olunub.

Xəbər lenti

Xəbər lenti