...

Suriya XİN: Rəqqa ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən işğal olunub

Dünya xəbərləri Materials 30 Oktyabr 2017 00:18 (UTC +04:00)
ABŞ "Suriyada planları barəsində beynəlxalq ictimaiyyəti çaşdırır və onun suverenliyini kobud şəkildə pozur"
Suriya XİN: Rəqqa ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya tərəfindən işğal olunub

Bakı. Trend:

ABŞ "Suriyada planları barəsində beynəlxalq ictimaiyyəti çaşdırır və onun suverenliyini kobud şəkildə pozur".

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Suriya XİN-nin BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda bidirilir.

Məktubda deyilir: "ABŞ-ın və onun rəhbərlik etdiyi koalisiyanın Rəqqanın azad olunması barədə xəbəri yayması və şəhərin tez bir zamanda yenidənqurulmasına çağırışları onların Suriyanın bu əyalətində törətdikləri cinayətlərdən dünya ictimaiyyətinin diqqətini yayındırmaq məqsədi daşıyır. Rəqqa işğal altında qalır, şəhərin 90 faizi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində yer üzündən silinib. On minlərlə sakin qaçqın vəziyyətinə düşüb".

Suriya XİN vurğulayıb ki, Suriya ordusu Rəqqaya daxil olduğu zaman bu əyalət tam azad olunmuş sayılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti