Bakı. Trend:
Dominikan Respublikasında 4,8 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Santo-Dominqo şəhərindən 53 kilometr qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.