...

İtaliyada taksi tapmaq mümkün deyil - Tətil başladı

Dünya xəbərləri Materials 21 Noyabr 2017 17:55 (UTC +04:00)
Bu gün İtaliyada taksi sürücülərinin ümummilli tətili keçirilir
İtaliyada taksi tapmaq mümkün deyil - Tətil başladı

Bakı. Orxan Nəbiyev - Trend:

Bu gün İtaliyada taksi sürücülərinin ümummilli tətili keçirilir.

Trend-in məlumatına görə, paytaxt Romada və digər şəhərlərdə yerli vaxtla saat 08:00-dan 22:00-dək taksi fəaliyyəti dayandırılacaq.

Sürücülər yalnız xəstə, qoca və əlil müştərilər üçün istisnalar edəcəklərini bəyan ediblər.

Taksi sürücüləri İtaliya hökumətinin taksi xidmətinin liberallaşdırılması ilə bağlı qərarına etirazını bildirir. Onların fikrincə, yeni qanun ölkə ərazisində beynəlxalq şirkətlərin, “Uber” kimi xidmətlərin işini daha da asanlaşdıracaq ki, bu da yerli taksi xidmətlərinin fəaliyyətinə mənfi təsri göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti