...

Dünyada ilk SMS-in müəllifi onun məzmunu haqda danışdı

Dünya xəbərləri Materials 4 Dekabr 2017 03:14 (UTC +04:00)
25 il qabaq göndərilən dünyada ilk SMS-in müəllifi "Sky News"a onun məzmunu haqda danışıb
Dünyada ilk SMS-in müəllifi onun məzmunu haqda danışdı

Bakı. Trend:

25 il qabaq göndərilən dünyada ilk SMS-in müəllifi "Sky News"a onun məzmunu haqda danışıb.

Trend-in məlumatına görə, britaniyalı Nil Papuort bildirib ki, 1992-ci ildə "Vodafone" şirkətində işlədiyi zaman ilk SMS-i öz dekabrın 3-ü öz rəisinə göndərib.

Britaniyalı qeyd edib ki, həmin SMS-də o, rəisinin Milad bayramını təbrik edib: "Mən SMS-ə cavab almadım. Çünki o zamanlar telefonlar SMS-i yalnız qəbul edə bilirdi. Mən mətni kompyuterlə yazmışdım".

Onun sözlərinə görə, həmin vaxt şirkətdə yeni layihənin belə miqyaslı olacağına güman etmirdilər.

Xəbər lenti

Xəbər lenti