Bakı. Trend:
Qazaxıstanda sərnişin avtobusu aşıb.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, qəza nəticəsində 2 nəfər həlak olub, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Məlumata əsasən, xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Qəza ilə bağlı araşdırma aparılır.