...

"Nissan" 24 mindən çox avtomobili geri çağırdı

Dünya xəbərləri Materials 11 Dekabr 2017 23:38 (UTC +04:00)
"Nissan" şirkəti Rusiyada 24 mindən çox avtomobili geri çağırıb
"Nissan" 24 mindən çox avtomobili geri çağırdı

Bakı. Trend:

"Nissan" şirkəti Rusiyada 24 mindən çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, qərar avtomobillərdəki naqillərdə qeydə alınan texniki qüsurlarla və təhlükəsizlik yastıqlarının düzgün işləməməsi ilə əlaqədardır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2015-ci ilin sentyabrından 2016-cı ilin iyulunadək satılmış "Qashqai" və 2005-ci ilin avqust ayından 2007-ci ilin yanvarınadək satılmış digər modellərə şamil olunur.

Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti