Bakı. Trend:
Ermənistanda yanvarın 1-dən gündəlik ərzaq məhsulları və məişət malları bahalaşacaq.
Trend-in məlumatına görə, buna səbəb kimi Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəticəsində 800-900 adda məhsulun gömrük dərəcəsinin qalxması göstərilir.
Yerli KİV idxal edilən toyuq əti, kərə yağı, yumurta, sitrus meyvələri və kofenin də gömrük dərəcəsinin artacağını yazır.