Bakı. Trend:
Sanksiyalar Şimali Koreyaya təsir göstərməyə başlayır.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın Şimali Koreyaya yanvarın 9-u yüksək səviyyədə danışıqlar aparmağı təklif etməsindən sonra öz "Twitter" hesabında yazıb.
Tramp bildirib: "Sanksiyalar və digər növ təzyiqlər Şimali Koreyaya böyük təsir göstərməyə başlayır".
Qeyd edək ki, Cənubi Koreyanın "Yonhap News" agentliyinin məlumatına əsasən, sonuncu KXDR və Koreya Respublikası arasında nazir müavinləri səviyyəsində danışıqlar 2015-ci ildə keçirilib.