Bakı. Trend:
Rusiyada Tatarıstanın paytaxtı Kazan şəhərində ticarət mərkəzi təxliyə olunub. Trend-in məlumatına görə, buna ticarət mərkəzinə boma qoyulması barədə anonim zəng səbəb olub.
Məlumata görə, anonim zəng yerli polis idarəsinə daxil olub. Zəngdən dərhal sonra binadan 600-ə yaxın şəxs çıxarılıb.
Hazırda ticarət mərkəzinin ətrafı nəzarətə götürülüb, polis binada axtarışları davam etdirir.