...

Əfqanıstanda otelə hücum nəticəsində ölənlərin 14-ü əcnəbidir

Dünya xəbərləri Materials 21 Yanvar 2018 20:09 (UTC +04:00)
Əqanıstan Daxili İşlər Nazirliyi Kabildə ""Intercontinental Hotel" otelinə hücum nəticəsində 18 nəfərin ölümünü təsdiqləyib
Əfqanıstanda otelə hücum nəticəsində ölənlərin 14-ü əcnəbidir

Bakı. Trend:

Əqanıstan Daxili İşlər Nazirliyi Kabildə ""Intercontinental Hotel" otelinə hücum nəticəsində 18 nəfərin ölümünü təsdiqləyib.

Trend-in məlumatına görə, "1TV" telekanalının məlumatına əsasən, həlak olanların 14 nəfəri əcnəbidir.

Əfqanıstanın "Kam Air" aviaşirkətinin nümayəndəsinin sözlərinə görə, hücum zamanı aviaşirkətin 11 əcnəbi əməkdaşı həlak olub, 9-u isə itkin düşüb. Həlak olanlar arasında ukraynalılar və venesuelalılar var.

Qeyd edək ki, 18 saat davam edən silahlıların hücumunun qarşısı alınıb. Hücuma görə məsuliyyəti "Taliban" radikal qruplaşması öz üzərinə götürüb. Hücumda 5 silahlı iştirak edib.

"Tolo News" telekanalının məlumatına görə, hücum nəticəsində 43 nəfər həlak olub, lakin DİN 18 nəfərin ölümünü təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti