...

BMT Təhlükəsizlik Şurasında Suriyaya dair qətnamə üzrə səsvermə keçiriləcək

Dünya xəbərləri Materials 24 Fevral 2018 02:39 (UTC +04:00)

Bakı. Trend:

BMT Təhlükəsizlik Şurasında Suriyada atəşkəsin tədbiq olunmasına dair qətnamə üzrə səsvermənin fevralın 24-də keçiriləcəyi planlaşdırılır.

Trend-in verdiyi xəbərə görə, bu barədə Küveytin BMT-dəki daimi nümayəndəsi Mansur Əl Oteybi Təhlükəsizlik Şurasında məsləhətləşmələrin nəticəsinə əsasən məlumat verib.

"Səsvermə fevralın 24-də günorta baş tutacaq", - deyə o bildirib.

Qeyd edək ki, Suriya ərazisində humanitar yardımların çatdırılması və tibbi təxliyyə məqsədi ilə 30 günlük atəşkəsin elan edilməsi layihəsi 3 həftə əvvəl İsveç və Küveyt nümayəndə heyətləri tərəfindən təqdim olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti