Bakı. Trend:
Hindistanda toxunulmazlar təbəqəsi və polislər arasında toqquşma baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində 6 nəfər Madxya-Pradeş, 2 nəfər Uttar-Pradeşe və 1 nəfər Radjastxane ştatında həlak olub.
"Times of India" qəzetinin məlumatına əsasən, toxunulmazlar təbəqəsinin keçirdiyi etiraz aksiyaları nəticəsində bir neçə ştatda dəmir yolu və avtomobil hərəkətində fasilələr yaranıb. Bixar və Carkxand ştatlarında minlərlə etirazçı saxlanılıb.
Qeyd edək ki, toxunulmazlar təbəqəsi Ali məhkəmənin martın 20-də qəbul etdiyi qərara qarşı etiraz aksiyası keçirilər. Qərara əsasən, qeydə alınmış təbəqələr və qəbilələr haqqında Akta əsasən təcili həbslər və cinayət hallarının qeydiyyatı qadağandır. 1989-cu ildə qəbul edilən bu Akt, aşağı təbəqələrin müdafiəsinə yönəlib.
Məhkəmənin qərarı ilə, indi ilkin araşdırma olmadan saxlanılma baş tuta bilməz, məmurlar hakimiyyətin icazəsi olmadan qanunla təqib edilə bilməz. Aşağı təbəqələr məhkəmənin qərarını onların hüquqlarını məhdudlaşdırmaq cəhdi kimi dəyərləndirilər.