...

Səudiyyə Ərəbistanı neft obyektlərinə raket hücumunu dəf etdi

Dünya xəbərləri Materials 5 Aprel 2018 04:01 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəməndən atılan balistik raketi tutub
Səudiyyə Ərəbistanı neft obyektlərinə raket hücumunu dəf etdi

Bakı.Trend:

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri Yəməndən atılan balistik raketi tutub.

Trend-in məlumatına görə, raket üsyançı hərəkat "Ənsar Allah” (hüsi qiyamçılar qrupu) tərəfindən “Saudi Aramco” dövlət neft şirkətinə məxsus obyektlərin yerləşdiyi Cizan rayonuna atılıb.

Şirkət nümayəndəsinin sözlərinə görə, hücum nəticəsində obyektlərə heç bir zərər dəyməyib və onlar normal rejimdə fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti