Bakı. Rufiz Hafizoğlu - Trend:
İstanbul akvatoriyasında güclü duman səbəbindən dəniz reysləri təxirə salınıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə dəniz nəqliyyatının idarə edilməsi təşkilatı xəbər yayıb.
Bununla bağlı Mərmərə tuneli gücləndirilmiş iş rejiminə keçib.
Sinoptiklərin proqnozuna görə, qeyri-sabit hava şəraiti gün ərzində davam edəcək.