...

Rusiyada təyyarələrdə ayaq üstə səfər mümkün olacaq

Dünya xəbərləri Materials 20 Aprel 2018 15:01 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın azbüdcəli "Pobeda" aviaşirkəti yeni təyyarələr üçün təhlükəsizlik sertifikasiyası üstündə olmaqla "ayaqüstü yerlər" sifariş etməyi planlaşdırır. Trend-in məlumatına görə, aviaşirkət bununla ücüz biletlərin sayını artırmağı düşünür.

Qeyd edək ki, bir müddət öncə Almaniyada keçirilmiş “Aircraft Interiors Expo” sərgisində təyyarədə ayaqüstü yerlərin prototipi təqdim olunmuşdu. İtaliyanın "Aviointeriors" şirkətinin hazırladığı at yəhərini xatırladan bu “oturacaqlar” şaquli dayaqla təchiz olunub.

Bu cür yerlərdə sərnişinlər yumşaq dayağa söykənməklə ayaqüstü gedə biləcəklər.

İstehsalçıların fikrincə, bu layihə təyyarələrin sərnişin tutumunu 20 faizədək artıra bilər.

Bu yerlər qısa məsafələrə uçuşlar zamanı istifadə oluna bilər. Artıq Kolumbiyanın “VivaColombia” və İrlandiyanın “Ryanair” aviaşirkətləri bu məhsula maraq göstərdiyini açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti