...

Yenot "Air Canada"nın reysini yubatdı

Dünya xəbərləri Materials 5 May 2018 05:57 (UTC +04:00)
Təyyarəyə keçən yenot Kanadanın Toronto şəhərinə uçan reysi yubadıb.
Yenot "Air Canada"nın reysini yubatdı

Bakı. Trend:

Təyyarəyə keçən yenot Kanadanın Toronto şəhərinə uçan reysi yubadıb.

Trend-in məlumatına görə, hadisə Saskatun hava limanında baş verib. "Air Canada" aviaşirkəti bildirib ki, heyvan texniki personalın kondisioneri qoşmasından öncə onun borusunda gizlənib. Kondisoner işə salınıqdan sonra yenot təyyarənin ventiyasiya sisteminə düşüb.

Heyvanı oradan çıxarmaq üçün aeroport işçiləri təyyarənin panellərini sökməli olublar. Onlar heyvanı oradan çıxarsalar da, yenot dərhal qaçıb.

Şirkət kompensasiya şəklində sərnişinlərə qidanın alınmasına və gələcək reyslərə endirim vauçerləri paylayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti