...

Prokuror: Marseldə vağzalda saxlanılan şəxs Bolqarıstan vətəndaşıdır

Dünya xəbərləri Materials 21 May 2018 03:16 (UTC +04:00)
Ötən gün Marseldə dəmiryolu vağzalında Fransa polisləri tərəfindən saxlanılan şəxs Bolqarıstan vətəndaşıdır
Prokuror: Marseldə vağzalda saxlanılan şəxs Bolqarıstan vətəndaşıdır

Bakı. Trend:

Ötən gün Marseldə dəmiryolu vağzalında Fransa polisləri tərəfindən saxlanılan şəxs Bolqarıstan vətəndaşıdır.

Trend-in məlumatına görə, bunu Marsel şəhərinin prokuroru Ksavye Tarabo "Agence France-Presse" agentliyinə bildirib.

Saxlanılan şəxs adını bildirməyib və onun üzərində sənədlər olmayıb. Buna baxmayaraq Fransa polisi onun kimliyini müəyyən edə bilib. Məlum olub ki, saxlanılan şəxs 48 yaşlı Bolqarıstan vətəndaşıdır.

Bildirilir ki, saxlanılan şəxs Fransa insan qətlə yetirməyə görə axtarışda olub.

Qeyd edək ki, ötən gün Marseldə vağzalda əlində şübhəli çanta olan şəxs saxlanılıb. Saxlanılarkən o sənədlərini təqdim etməkdən imtina edib və bildirib ki, çantasında partlayıcı qurğu yoxdur. Vağzal təxliyə edilib və bir müddətlik qatarların hərəkəti dayandırılmışdı. Saxlanılmadan sonra polislər onun çantasında partlayıcı qurğunun hazırlanması üçün materiallar aşkar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti