Bakı. Trend:
Suriyada 350-dən çox insan sutka ərzində öz evinə qayıdıb.
Trend-in məlumatına görə, bunu Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəisi general-mayor Yuriy Yevtuşenko brifinq zamanı deyib.
Y.Yevtuşenko bildirib: "Ötən sutka ərzində Xoms əyalətinə öz evlərinə 226 nəfər, Şərqi Qutada 132 nəfər öz evlərinə qayıdıb".
Onun sözlərinə görə, Rusiya hərbi həkimləri sutka ərzində 72-si uşaq olmaqla 131 nəfərə tibbi yardım göstərib.