Bakı. Trend:
ABŞ dövlət katibi Mayk Pompeo və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Naxayan arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, telefon danışığı zamanı tərəflər iki ölkə arasında strateji əməkdaşlığı və onun müxtəlif sahələrdə möhkəmləndirilməsi yollarını müzakirə ediblər. Tərəflər həmçinin ekstremizm və terrorizmə qarşı mübarizə üzrə tədbirlərin gücləndirilməsi üsullarını və təhlükəsizliyin, sabitliyin müəyyənləşdirilməsi və regionda sülhə nail olma strategiyalarını müzakirə ediblər.
Pompeo və Əbu-Dabinin vəliəhd şahzadəsi Yaxın Şərqdəki vəziyyəti və hər iki ölkənin regionda sülhün bərqərar olmasına sadiqliyini müzakirə ediblər.