...

Elbrus dağında 31 il əvvəl həlak olmuş alpinistin cəsədi tapılıb

Dünya xəbərləri Materials 26 Avqust 2018 07:41 (UTC +04:00)
Elbrus dağında 31 il əvvəl həlak olmuş alpinistin cəsədi tapılıb
Elbrus dağında 31 il əvvəl həlak olmuş alpinistin cəsədi tapılıb

Bakı. Trend:

Elbrus dağında 31 il əvvəl həlak olmuş alpinistin cəsədi tapılıb.

Trend-in məlumatına görə, alpinistin cəsədini dağa qalxan turistlər tapıb. Xilasedicilər alpinistin kimliyini müəyyən edə bilib - onun üzərində sənədlər və 10 aprel 1987-ci il tarixinə Moskva-Mineralniye Vodı təyyarə bileti olub.

Yerli fövqəladə hallar nazirliyinin məlumatına əsasən, alpinist 31 il əvvəl dağa qalxarkən həlak olub: "Cəsəd təxliyə edilib. 1951-ci il təvəllüdlü Yelena Konstantinovna Bazıkina adına pasport tapılıb".

Qeyd edək ki, 1987-ci ildə 7 alpinistdən ibarət qrup Elbrus dağına qalxarkən qar uçqunu nəticəsində itkin düşmüşdü. O zaman onların cəsədlərini tapmaq mümkün olmamışdı.

Xəbər lenti

Xəbər lenti