...

Amerikalı rahibin vəkili Türkiyə Konstitusiya Məhkəməsinə müraciət etdi

Dünya xəbərləri Materials 3 Oktyabr 2018 13:08 (UTC +04:00)
Türkiyədə məhkum olunmuş amerikalı rahib Endryu Bransonun vəkili İsmayıl Halavurt Türkiyə Konstitusiya məhkəməsinə müraciət edib
Amerikalı rahibin vəkili Türkiyə Konstitusiya Məhkəməsinə müraciət etdi

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyədə məhkum olunmuş amerikalı rahib Endryu Bransonun vəkili İsmayıl Halavurt Türkiyə Konstitusiya məhkəməsinə müraciət edib.

Trend-in məlumatına görə, bundan əvvəl o, E.Bransonun ev həbsi ilə əlaqədar Ağır cinayətlər məhkəməsinə müraciət etmişdi.

Xatırladaq ki, rahib Endryu Branson bir neçə ay əvvəl ev həbsinə məhkum olunmuşdu. Ona Türkiyə hüdudlarını tərk etmək qadağan edilib. Rahibin işi ilə bağlı növbəti dinləmələr oktyabrın 12-ə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti