...

Rusiyada içkili keşiş çanta və maşın oğurlayıb - Məhkəmə hökm verdi

Dünya xəbərləri Materials 3 Oktyabr 2018 17:38 (UTC +04:00)
Rusiyada içkili keşiş çanta və maşın oğurlayıb.
Rusiyada içkili keşiş çanta və maşın oğurlayıb - Məhkəmə hökm verdi

Bakı. Trend:

Rusiyanın Perm şəhərinin Sverdlovsk rayon məhkəməsi içkili vəziyyətdə ticarət mərkəzindən çanta, eləcə də avtomobil oğurlayan keşiş barəsində hökm çıxarıb.

Trend-in məlumatına görə, məhkəmə materiallarına əsasən, keşişə qarşı RF Cinayət Məcəlləsinin iki maddəsi ("Oğurluq" və "Oğurluq məqsədi olmadan avtomobil və ya digər nəqliyyat vasitəsinə qanunsuz yiyələnmə") üzrə cinayət işi açılıb.

Məhkəmə qərarı ilə keşiş müvafiq olaraq 30 min və 15 min rubl cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti