Bakı. Trend:
Türkiyənin Şırnak şəhərində zirehli avtomobil aşıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, avtomobilin aşması nəticəsində 12 hərbçi xəsarət alıb. Onlar şəhərin dövlət xəstəxanasına çatdırılıblar.
Bildirilir ki, hərbçilərin vəziyyəti yaxşıdı, onların həyati təhlükəsi yoxdur.