...

ABŞ-a məxsus vertolyot Filippin dənizində gəmiyə düşdü

Dünya xəbərləri Materials 19 Oktyabr 2018 11:05 (UTC +04:00)
ABŞ-ın "Sikorsky MH-60 Seahawk" vertolyotu qəzaya uğrayıb.
ABŞ-a məxsus vertolyot Filippin dənizində gəmiyə düşdü

Bakı. Trend:

ABŞ-ın "Sikorsky MH-60 Seahawk" vertolyotu qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində vertolyot Filppin fənizndə "Ronald Reyqan" aviadaşıyıcısının üzərinə düşüb.

Hadisə ilə bağlı məlumat yayan ABŞ Hərbi Dəniz Qüvvələrindən bildiriblər ki, insident səhər saatlarında baş verib.

Yaralıların olduğu bildirilir, lakin dəqiq say deyilmir.

Hazırda yaralılara gəmidə tibbi yardım göstərildiyi qeyd edilir. Lazım olduğu təqdirdə yaralıların sahilə təxliyə ediləcəkləri bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti