...

Türkiyədə MHP-AKP ittifaqı başa çatdı

Dünya xəbərləri Materials 23 Oktyabr 2018 12:51 (UTC +04:00)
Türkiyədə MHP-AKP ittifaqı başa çatdı.
Türkiyədə MHP-AKP ittifaqı başa çatdı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə ittifaqın başa çatdığını bildirib.

Trend-in məlumatına görə, ittifaqın başa çatmasına səbəb amnistiya ilə bağlı partiyalar arasındakı fikir ayrılıqları olub.

D.Bahçeli bildirib ki, MHP-nin məhbusların əfv olunması təklifinə "yuxarıdan aşağı baxan partiya" ilə ittifaqa ehtiyacı yoxdur.

Onun sözlərinə görə, 2019-cu ildə baş tutacaq bələdiyyə seçkilərində MHP təkbaşına iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti