...

İtaliyada ən yaşlı məhbus dünyasını dəyişib

Dünya xəbərləri Materials 3 Noyabr 2018 06:15 (UTC +04:00)

Bakı. Trend:

İtaliyanın ən yaşlı məhbusu - "ndraqeta" qüvvətli cinayətkar təşkilatının qanlı bosslarından biri Françesko Barbaro - 91 yaşında Parma şəhərinin xəstəxanasında dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə penitensiar sistemin yerli nümayəndəsi bildirib.

Ölümdən bir neçə gün qabaq F.Barbaronun sağlamlıq vəziyyəti kəskin pisləşib və mafiya lideri son üç il ərzində özünün ömürlük həbs cəzasını çəkdiyi Parma həbsxanasından şəhərin xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib.

Qeyd edək ki, Françesko Barbaro "ndraqeta" cinayətkar təşkilatının ən təhlükəli klanlardan birinin rəhbəri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti