...

"Exit-poll"un yekun nəticələri - Zurabişvili qalib gəlir (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 28 Noyabr 2018 23:14 (UTC +04:00)
Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un yekun nəticələri açıqlanıb
"Exit-poll"un yekun nəticələri - Zurabişvili qalib gəlir (YENİLƏNİB-2)

İlk xəbər saat 20:33-də yayımlanıb

Bakı. Trend:

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un yekun nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, "Imedi" telekanalının sifarişi ilə “Gallup International” beynəlxalq assosiasiyasının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 57 faiz səs toplayıb. Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir.

Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 43 faiz səs toplayıb.

XXX

21:37

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un yeni nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, "Imedi" telekanalının sifarişi ilə “Gallup International” beynəlxalq assosiasiyasının keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili saat 18:00 üçün 58% səs toplayıb. Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir.

Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42% səs toplayıb.

XXX

20:33

Gürcüstanda prezident seçkilərinin ikinci turu ilə bağlı "exit-poll"un nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, “Rustavi 2” telekanalının sifarişi ilə “Edison Research” şirkətinin keçirdiyi “exit-poll”un nəticəsinə əsasən, Salome Zurabişvili 55% səs toplayıb.

Seçkidə müstəqil namizəd kimi iştirak edən S.Zurabişvili hakim Gürcü Arzusu Partiyası tərəfindən dəstəklənir. Onun rəqibi, Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 45% səs toplayıb.

Qeyd edək ki, 28 oktyabrda keçirilən prezident seçkilərində 25 namizəddən heç biri 50 faizdən çox səs toplaya bilməmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti