...

Ukrayna Rusiya vətəndaşlarını ölkəyə buraxmayacaq – QADAĞA qoyuldu

Dünya xəbərləri Materials 30 Noyabr 2018 12:03 (UTC +04:00)
Ukrayna Rusiya vətəndaşlarını ölkəyə buraxmayacaq.
Ukrayna Rusiya vətəndaşlarını ölkəyə buraxmayacaq – QADAĞA qoyuldu

Bakı. Trend:

Yaşı 16-dan 60-dək olan Rusiya vətəndaşlarının Ukrayna ərazisinə girişinə qadağa qoyulub.

Trend-in məlumatına görə, qadağanı Ukrayna Dövlət Sərhəd Xidməti tətbiq edib.

Qurumun rəhbəri Petro Tsiqikal buraxılış məntəqələrində gücləndirilmiş tədbirlərin görüldüyünü bildirib:

"Əcnəbi, ilk növbədə, Rusiya vətəndaşları üçün giriş məhdudlaşdırılıb. Yaşı 16-dan 60-dək olan RF vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub".

Qeyd edək ki, noyabrın 25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident yaşanıb. Bundan sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti