...

Türkiyə Prezidenti Ərdoğanın Putinlə görüşəcəyi vaxt məlum olub

Dünya xəbərləri Materials 1 Dekabr 2018 06:28 (UTC +04:00)
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə məlumat verib
Türkiyə Prezidenti Ərdoğanın Putinlə görüşəcəyi vaxt məlum olub

Bakı. Tural Turan - Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşəcəyi vaxt məlum olub. Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Ərdoğanla Putinin şənbə günün birinci yarısında görüşəcəyi və Suriya haqqında müzakirə aparacağı bildirilib.

Qeyd edək ki, bu görüş daha əvvəl ABŞ Prezidenti Trampla planlaşdırılan və daha sonra ləğv olunan görüşün yerinə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti