Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla görüşdə Suriyadakı vəziyyəti müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə Türkiəy prezidenti G20 sammitinin yekunları üzrə mətbuat konfransında bildirib.
T.Ərdoğan deyib: "Bilirsiniz ki, ABŞ və Türkiyə arasında münasibətlər strateji tərəfdaşlıq üzərində qurulur. Biz strateji tərəfdaşlar kimi Suriyanın şimalında baş verən prosesləri qiymətləndirə bildik. Biz Manbic və İdlibdəki vəziyyəti müzakirə etdik".
Xatırladaq ki, Argentinanın paytaxtı Buenos-Ayresdə G20 sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında görüş olub.
"Costa Salguero" sərgi mərkəzində bağlı qapı arxasında keçirilən görüş 50 dəqiqə davam edib.