...

Türkiyədə dəniz "coşub" - Reyslər hələ də durub

Dünya xəbərləri Materials 25 Dekabr 2018 09:31 (UTC +04:00)
İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb.
Türkiyədə dəniz "coşub" - Reyslər hələ də durub

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbul akvatoriyasında dəniz reysləri təxirə salınıb. Trend-in məlumatına görə, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Reyslərin təxirə salınmasına səbəb İstanbul akvatoriyasında güclü külək və leysan xarakterli yağışın olmasıdır, dənizdə hündür dalğaların da müşahidə olunduğu bildirilir.

Bundan başqa, Bursada da dəniz reysləri eyni səbəbdən dayandırılıb.

Qeyd edək ki, dəniz reyslərinin təxirə salınması ötən gündən başlayıb.

Bildirilir ki, reyslərdə yaranmış bu fasilə ilə əlaqədar "Marmara" tuneli gücləndirilmiş iş rejiminə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti