...

Silahlılar Latakiya, Hama və Hələbdə yaşayış məntəqələrini atəşə tutublar

Dünya xəbərləri Materials 1 Fevral 2019 04:16 (UTC +04:00)
Silahlılar sutka ərzində Suriyanın Latakiya, Hama və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar
Silahlılar Latakiya, Hama və Hələbdə yaşayış məntəqələrini atəşə tutublar

Bakı. Trend:

Silahlılar sutka ərzində Suriyanın Latakiya, Hama və Hələb əyalətlərinin yaşayış məntəqələrini atəşə tutublar.

Trend-in məlumatına görə, bu barədə brifinq zamanı Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-leytenant Sergey Solomatin bildirib.

S.Solomatin deyib: "İdlib deeskalasiya zonasında sutka ərzində silahlılar Latakiya əyalətinin Nahşeba (iki dəfə) yaşayış məntəqəsini, Hama əyalətinin Tel-Bazam yaşayış məntəqəsini və Hələb əyalətinin Krah yaşayış məntəqəsini atəşə tutublar".

General-leytenan əlavə edib ki, Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması üzrə Mərkəzinin köməyi ilə 10 buraxılış məntəqəsinin fəaliyyəti bərpa edilib: "2019-cu il, yanvarın 30-u üçün 220 595 nəfər qayıdıb".

Bundan əlavə S.Solomatin qeyd edib ki, yanvarın 30-u üçün 31 133 yaşayış evi, 805 təhsil müəssisəsi və 136 tibb müəssisəsi bərpa edilib.

Xəbər lenti

Xəbər lenti